Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş

Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş
Dostuna göndər xəbərdən agah olsun:

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarənin naməlum sərnişini ilə bağlı təfərrüatları paylaşıb.

 

Mangistau vilayətində keçirdiyi brifinqdə Bozumbayev hazırda Aktau xəstəxanasında 6 yaralının olduğunu bildirib.

 

“Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Bu gün daha əvvəl şəxsiyyəti müəyyən edilə bilməyən qadının şəxsiyyəti müəyyən edilib. Onun 20 yaşı var. Ümid edək ki, tezliklə sağalacaq”, – o söyləyib.

 

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45