Polis kapitanının bacısı oğlu ilə bağlı “avtoxuliqanlıq” iddiaları gündəmdədir
Agah.az xəbər verir ki, redaksiyamıza daxil olan video görüntü və ilkin məlumatlara əsasən, sözügedən videoda ictimai qınağa səbəb ola biləcək hərəkətlər, yəni “avtoxuliqanlıq” kimi qəbul edilə bilən davranışlar yer alır.
Məlumatlara görə, videodakı sürücü polis kapitanı, Dövlət Yol Polisi əməkdaşı Rüstəm İsmayılovun bacısı oğlu olduğu iddia edilir. Video “eaglee.211 (godfather.221)” adlı TikTok hesabında paylaşılıb, lakin sonradan həmin hesabdan silinmişdir.
Agah.az-ın məsələ ilə bağlı Rüstəm İsmayılovla əlaqə saxlaması zamanı o, nə videodakı sürücünün bacısı oğlu olduğunu təsdiqləyib, nə də bu iddianı təkzib edib. Əksinə, redaktorumuza telefon danışığı zamanı hədə-qorxu gələrək zəngi sonlandırdığı bildirilib.
Hazırda məsələ ilə bağlı daha ətraflı araşdırmalar aparılmaqda davam edir. İctimaiyyət isə bu məsələnin aydınlaşdırılması üçün müvafiq addımların atılmasını gözləyir.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
@agah.az Bucür sürücülər kimə güvənir? #daxiliişlərnazirliyi #dyp ♬ orijinal ses – Agah az
(055) 436-46-45