Xəzər dənizində ardıcıl iki zəlzələ qeydə alınıb

Xəzər dənizində ardıcıl iki zəlzələ qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xəzər dənizində 26 dekabr tarixində iki zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ilk zəlzələ Bakı vaxtı ilə saat 02:03-də baş verib. Zəlzələnin maqnitudası 3,0, ocağının dərinliyi isə 63 kilometr olub.

Növbəti yeraltı təkan isə saat 07:28-də qeydə alınıb. Bu zəlzələnin maqnitudası 3,1, ocağının dərinliyi isə 30 kilometr təşkil edib.

Hadisə ilə bağlı hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45