Qazaxıstanlı həkim: Təyyarə qəzasında yaralananların vəziyyəti ağırdır
Agah.az xəbər verir ki, Manqistau vilayət xəstəxanasının şöbə müdiri Janan Bayramova təyyarə qəzası nəticəsində xəsarət alanların vəziyyəti barədə açıqlama verib. Onun sözlərinə görə, təyyarə qəzasından sonra xəstəxanaya ümumilikdə 27 nəfər yerləşdirilib. Bunlardan 14-ü Azərbaycan vətəndaşıdır.
“12:00-dan sonra qəza nəticəsində yaralananlar xəstəxanamıza gətirildi. 27 nəfərdən 11-i Ümumi Reanimasiya Mərkəzinə aparılıb. Onların vəziyyəti ağır və həddən artıq ağırdır. Həmin xəstələrə reanimatoloqlar, cərrahlar, travmotoloqlar və neyrocərrahlar nəzarət edir,” – deyə Janan Bayramova bildirib.
Xəstəxana həkimləri yaralıların vəziyyətini diqqətlə izlədiklərini və müvafiq tədbirlərin görüldüyünü əlavə ediblər.
Açar sözlər: Qazaxıstan təyyarə qəzası, yaralananların vəziyyəti, Manqistau vilayət xəstəxanası, Azərbaycan vətəndaşları, reanimasiya xəstələri.
(055) 436-46-45