Sahibə Qafarova Sofiyada “Naməlum əsgər” abidəsini ziyarət edib – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri Rossen Jelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45