Agah.az xəbər verir ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri, Bakı Avropa Liseyinin məzunu Aleksandr Kalyaninov, faciəvi şəkildə dünyasını dəyişib.
Bakı Avropa Liseyi mərhum məzununun xatirəsini anaraq məlumat yayıb: “Aleksandr liseyimizin ən parlaq məzunlarından biri idi. O, uşaqlıqdan arzuladığı pilotluq peşəsinə yiyələnmiş və böyük uğurlar əldə etmişdi. Təəssüf ki, bu faciəvi hadisə onu həyatdan çox erkən ayırdı, lakin xidməti zamanı onlarla insanın həyatını xilas etdi.”
Lisey həmçinin Aleksandr Kalyaninovun tələbə olduğu illərdə onun haqqında Türkiyədən göndərilən “Təşəkkür” məktubunu xatırladıb və onu ağıllı, savadlı, mərd bir insan kimi təsvir edib.
“Onun vəfatı təkcə ölkəmiz üçün deyil, liseyimiz üçün də böyük itkidir. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk,” – liseydən qeyd edilib.
Açar sözlər: Bakı Avropa Liseyi məzunu, Aleksandr Kalyaninov, təyyarə qəzası, Aktau yaxınlığında qəza, pilotun həyatı, faciəvi hadisə.