Agah.az itv-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə ilə bağlı ilk açıqlamasını verib. O, yaralıların vəziyyəti və həlak olanlarla bağlı son məlumatları bölüşüb.
“Nəqliyyat Nazirliyi ilə birgə yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa, qalan şəxslər yaxşıdırlar, salamatdırlar.” – nazir bildirib.
Kəmaləddin Heydərov həmçinin qeyd edib ki, həlak olanların kimliyi dəqiqləşdirildikdən sonra onların nəşləri Vətənə gətiriləcək. Yüngül yaralıların isə psixoloji durumu nəzərə alınaraq yaxın günlərdə ölkəyə təxliyə olunması planlaşdırılır.
Açar sözlər: Kəmaləddin Heydərov açıqlama, AZAL təyyarə qəzası, yaralıların durumu, qəzadan xilas olanlar, həlak olanların Vətənə gətirilməsi.
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: (055) 436-46-45