Gürcüstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib
Gürcüstanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
Bu barədə xarici işlər qurumunun “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Baş vermiş faciə bizi dərindən sarsıtdı. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar dərin kədər hissi keçirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Bu çətin anlarda ölkəmiz sizinlədir”, – məlumatda bildirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45