Qazaxıstanda AZAL təyyarəsinin sağ qalan sərnişini baş verənləri danışdı

Qazaxıstanda AZAL təyyarəsinin sağ qalan sərnişini baş verənləri danışdı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qazaxıstanda Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin sağ qalan sərnişinləri hadisənin dəhşətli təfərrüatlarını bölüşüblər. Onların bildirdiyinə görə, təyyarədə mühərrik problemi yaranıb və göyərtədə partlayış baş verib.

Şahidlərin dediklərinə əsasən, qəzanın ilkin səbəbi mühərrikə quş düşməsi olub. Nəticədə oksigen balonunun partlaması baş verib və göyərtədəki sərnişinlərdən bəziləri huşunu itirib.

Manqistau vilayətinin səhiyyə departamenti də göyərtədə balonun partlamasını təsdiqləyib, lakin əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumatlara görə, qəza hava gəmisinin quş sürüsü ilə toqquşması nəticəsində baş verib.

Təyyarədə 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 sərnişin olub: 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı.

Açar sözlər: Qazaxıstan təyyarə qəzası, AZAL Embraer 190, Bakı-Qroznı reysi, təyyarədə partlayış, sağ qalan sərnişin, quş sürüsü ilə toqquşma, Aktau şəhərində qəza.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45