Rumıniya XİN Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır”, – paylaşımda qeyd olunub.