Rusiya Baş nazirinin müavinləri İrana səfər ediblər
Rusiyanın Baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev İranın paytaxtı Tehrana səfərə gəliblər.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Tehranda onları İran Prezidenti Məsud Pezeşkian qəbul edəcək.
Bundan əlavə, onlar İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif, eləcə də yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə danışıqlar aparacaqlar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45