TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
TƏBİB tabeli tibb müəssisələrində təmir işlərinə toxunan V.Qurbanov bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.
O həmçinin xəstələrin dərman təchizatı məsələsinə də toxunub:
“Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.
B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyasının dekabrın 1-nə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1 055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib”.
(055) 436-46-45