Hacıqabulda avtomobil 75 yaşlı kişini vuraraq öldürüb

Hacıqabul rayonu ərazisində avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.
Avtomobil tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.
Faktla bağlı araşdırma aparılır