Türkiyədə helikopter qəzası: 4 nəfər həyatını itirdi

Agah.az xəbər verir ki, Türkiyənin Muğla vilayətində Səhiyyə Nazirliyinə məxsus helikopter qəzası baş verib.
Helikopter xəstəxana binasına çırpıldıqdan sonra yaxınlıqdakı boş əraziyə düşüb. Hadisə nəticəsində dörd nəfər həyatını itirib.
İlkin məlumatlara görə, faciənin səbəbi ərazidəki qatı duman olub. Hadisə ilə bağlı araşdırma aparılır.