Avtoxuliqanlıq edən sürücü məhkəməyə göndərildi

Avtoxuliqanlıq edən sürücü məhkəməyə göndərildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı mediada yayılan videogörüntülər araşdırılıb və qanunvericilik çərçivəsində tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevin verdiyi məlumata görə, VAZ-2105 markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü Elvin Nəcəfovdur. Hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb.

Hüquqazidd əmələ dair sənədləşdirmə aparılıb və məsələ hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim olunub.

BDYPİ sürücülərə bir daha müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün intizamlı olmağa və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.

Açar sözlər: avtoxuliqanlıq xəbəri, qayda pozuntusu, Elvin Nəcəfov, Maştağa hadisəsi, BDYPİ məlumatı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45