Bakıda 500 manatlıq “Range Rover”i oğurlayıb qaçdı – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda binadan uşaq maşını oğurlayan şəxs kameralara düşüb.

Bakupost.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski, 32/15 ünvanında baş verib.

Dünən axşam 19 radələrində 7 mərtəbəli yaşayış binasına daxil olan şəxs evin qapısının qarşısından 500 manatlıq uşaq maşınını götürərək qaçıb.

Uşağın valideyni hesab edir ki, oğru onları təqib edib:

“Bizim dalımızca gəlib. Maşını qapının ağzında qoyub içəri keçdik. Heç beş dəqiqə keçmədi ki, maşını oğurladı”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45