Sankt-Peterburqda iki tramvay toqquşub, beş nəfər xəsarət alıb

Rusiyanın Sankt-Peterburq şəhərində Tixoretski və Nauka prospektlərinin kəsişməsində iki tramvay toqquşub.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
İlkin məlumata görə, beş nəfər xəsarət alıb.
Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.