İranda aksiyalar zamanı həbs edilmiş on nəfərin edam hökmü icra olunacaq
İranda 2022-ci ildə başlamış etiraz aksiyaları zamanı həbs edilən on nəfərin edam hökmü icra olunacaq.
Məlumatı hüquq müdafiəçiləri təşkilatı yayıb.
Bildirilib ki, barələrində edam hökmü çıxarılmış məhbuslar bunlardır: Fazel Bəhramian, Mənuçehr Mehmannavaz, Mehran Bəhramian, Milad Armon, Əlirza Kafai, Əmirməhəmməd Xoşiqbal, Nəvid Nacaran, Hüseyn Neməti, Əlirza Baçarzpurnak və Mehrab (Mehran) Abdullahzadə.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda hakimiyyətin tətbiq etdiyi məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. “Qadın, Həyat, Azadlıq!” şüarı ilə bir ildən artıq aksiya keçirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45