Prezident “Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”ni təsdiq edib

Prezident “Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”ni təsdiq edib
Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev “Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənəd bu il iyunun 29-da Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərməlidir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45