Bakıda Canavar Həyəcanı – Bir nəfəri parçaladı

Bakıda canavar yerli sakini dişləyib.
Agah.az report-a istinadən məlumat verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.
C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Quduzluğa qarşı peyvəndlər vurulub.