Türkiyə Prezidenti Misirə yola düşüb

Türkiyə Prezidenti Misirə yola düşüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik fəaliyyət çərçivəsində Misirə yola düşüb. Prezident Əsənboğa Hava Limanından ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçın daxil olduğu nümayəndə heyəti ilə birgə yola salınıb.

Ərdoğan Qahirədə İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Sammit çərçivəsində iqtisadi əlaqələr, regional və qlobal məsələlər, eləcə də Fələstin və Livandakı vəziyyət xüsusi iclaslarda müzakirə olunacaq.

Xatırladaq ki, D-8 üzvləri sonuncu dəfə iyun ayında İstanbulda keçirilən fövqəladə sammitdə “Qəzza” məsələsini müzakirə etmişdilər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45