Paytaxtda partlayıcı və pirotexniki vasitələrin satışına qarşı əməliyyat keçirilib
Agah.az məlumat verir ki, paytaxtda partlayıcı və tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” ticarət mərkəzində keçirilən əməliyyatda, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdan satışını təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıb.
Baxış zamanı ticarət mərkəzində yerləşən obyektlərdə 20 minə yaxın müxtəlif pirotexniki vasitə aşkarlanıb.
Hər iki şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Açar sözlər: paytaxtda partlayıcı vasitə satışı, pirotexniklərin satışı, Sədərək ticarət mərkəzi, Qaradağ Rayon Polisi, pirotexniki vasitələr.
(055) 436-46-45