Bakıda maşında güllə yaraları olan meyit tapıldı – İntihar şübhəsi
Agah.az məlumat verir ki, dekabrın 16-da saat 21 radələrində Bakının Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində dəniz sahilində güllə xəsarətləri olan meyit aşkarlanıb.
Hadisə zamanı Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində olduğu müəyyən edilib. Avtomobilin içərisindən nömrəsi silinmiş ov tüfəngi də tapılıb.
İlkin araşdırmalara əsasən, Yalçın Cəfərovun maşında özünü güllələyərək intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Açar sözlər: Bakıda intihar hadisəsi, güllə xəsarətləri, ov tüfəngi, Binəqədi rayonu, intihar faktı.
*Foto hadisə yerindən görüntü deyil.
(055) 436-46-45