Telefondan asılı qalan Paşinyan: Bu dəfə Gürcüstana üz tutdu

Dostuna göndər xəbərdən agah olsun:

Ermənistan baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Danışıq zamanı Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyət müzakirə olunub.

İ.Qaribaşvili bildirib ki, regionda sülh və stabilliyin təmin olunması üçün yardım etməyə hazırdır.

Nikol Paşinyan bir daha Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparılmasını xahiş edib.

Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan eyni xahişlə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İran Prezidenti İbrahim Rəisi və ABŞ dövlət katibi Antoni Blinkenə də müraciət edib.//oxu.az

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45