Xətaidə avtomobildən 10 min manat dəyərində lotereya bileti oğurlanıb
Bakı şəhəri Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10 min manat dəyərində lotereya bileti oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45