İsrail Suriyanın 12 mövqeyinə hücum edib

İsrail Suriyanın 12 mövqeyinə hücum edib
Dostuna göndər xəbərdən agah olsun:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin 12 batareyasına və erkən xəbərdarlıq radarlarına raket zərbələri endirib.

Agah.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail təyyarələri Tartus və Latakiya arasındakı sahilyanı bölgələrdə hərbi obyektlərə hücum edib.

Bundan əlavə, Suriya ordusunun Tartus şəhərinin (Dəməşqdən 220 km) şərqində yerləşən sursat anbarlarına hava hücumları həyata keçirilib.

Bildirilib ki, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı dəqiqləşdirilmir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45