Masallıda bıçaqlanma hadisəsi: Həmkəndlisini yaraladı

Agah.az xəbər verir ki, Masallı rayonunun Qızılağac kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə zamanı 41 yaşlı Hicran Cavadov 47 yaşlı həmkəndlisi Fuad İbrahimovu sinəsindən bıçaqlayıb.
Məlumata görə, insident onların arasında yaranan mübahisə nəticəsində baş verib. Yaralı xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı cinayət işi başlanılıb.
Açar sözlər: Masallı hadisəsi, bıçaqlanma, cinayət işi, Qızılağac kəndi, mübahisə.