Milli Məclis 2025-ci il dövlət büdcəsini təsdiqlədi

Milli Məclis 2025-ci il dövlət büdcəsini təsdiqlədi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Qəbul edilən büdcə layihəsinə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, 2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5,4% artım deməkdir. Xərclər isə 41 milyard 407,6 milyon manat həcmində nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4,2% çoxdur.

Büdcədə 3 milyard 51,6 milyon manat kəsir gözlənilir. Bu göstərici əvvəlki illə müqayisədə 9% azdır.

Açar sözlər: dövlət büdcəsi, 2025-ci il büdcəsi, büdcə gəlirləri, büdcə xərcləri, Milli Məclis, Azərbaycan iqtisadiyyatı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45