Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, paytaxtda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən VAZ-21074 markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Araşdırma nəticəsində sürücünün yol hərəkəti qaydalarını mütəmadi pozduğu və avtoxuliqanlıq etdiyi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Açar sözlər: Bakı avtoxuliqanlıq, sürücü həbs edildi, Muhəmmədəli Bayışlı, VAZ-21074 avtoxuliqanlıq, yol hərəkəti qaydalarının pozulması.

Dostuna göndər xəbərdən agah olsun: