Qubada iş adamının ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verdi

Qubada iş adamının ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Quba rayonunun Üçgün kəndi ərazisində “Lexus” markalı avtomobilin dərəyə aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini, tanınmış iş adamı Şamil Zehyəddin oğlu Orucov hadisə yerində dünyasını dəyişib. O, Xaçmazda “Daş bazarı” və “Mal bazarı” kimi tanınan bazarların sahibi olub.

Avtomobildə olan sərnişinlər – 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırmalar davam edir.

Açar sözlər: Quba qəza, Lexus avtomobili, iş adamı ölüm, ağır yol qəzası, Xaçmaz bazar sahibi, yaralı sərnişinlər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45