Gəncədə toqquşan avtomobillərdən biri aşıb, xəsarət alan var

Dostuna göndər xəbərdən agah olsun:

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yol qəzası baş verib, xəsarət alan var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə zamanı “Lada” və “Reno” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan “Lada” markalı avtomobil aşıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1959-cu il təvəllüdlü A.Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45