Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilib
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə dəmir yolunda bəzi sahələrdə qatarların sürət həddi endirilib.
Agah.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, bu səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərmələri və ehtiyatlı olmaları tövsiyə edilir. Sərnişinlərdən xahiş olunur ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar.
(055) 436-46-45