Yevlaxda toy faciəsi: 20 yaşlı gənc 18 il həbs cəzası aldı

Yevlaxda toy faciəsi: 20 yaşlı gənc 18 il həbs cəzası aldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Yevlaxda toy mərasimində baş verən faciəli hadisəyə görə 20 yaşlı Tahir Abdullayevin məhkəmə prosesi yekunlaşıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilən hökmə əsasən, Tahir Abdullayev 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd olunur ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev toy zamanı yaranan mübahisə nəticəsində həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışovu bıçaqlayıb. Ağır xəsarət alan Elmir Abışov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisədən sonra Tahir Abdullayev şübhəli şəxs qismində saxlanılıb və ona əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra cinayət işi 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələrə əsasən dəyişdirilib.

Açar sözlər: Yevlaxda qətl, toyda mübahisə, gənc cinayətkar, Tahir Abdullayev, Elmir Abışov, məhkəmə prosesi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45