Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq

Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dostuna göndər xəbərdən agah olsun:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu prosesinə başlanılıb.

Bu barədə DQİDK-dən məlumat verilib.

Qedy olunub ki, prosesə başlamaqda məqsəd fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda və komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.

Komitə sədrinin 3-32/3-1-617/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli əmri ilə DQİDK yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

Bildirilib ki, Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 14-də başlanacaq.

Müraciətə İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə), namizədin şəxsiyyət vəsiqəsinin surəti və tərcümeyi-halı ilə yanaşı, namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Bundan başqa, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri 2025-ci il yanvarın 14-dək (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına (dk-public@scara.gov.az) göndərə bilərlər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45