Parlamentin sədri: Gürcüstanın yeni prezidenti xarici təsirə məruz qalmayacaq

Parlamentin sədri: Gürcüstanın yeni prezidenti xarici təsirə məruz qalmayacaq
Dostuna göndər xəbərdən agah olsun:

Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçiləcək Mixail Kavelaşvili xarici təsirə məruz qalmayacaq.

Agah.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Mixail Kavelaşvili elə bir şəxsdir ki, onun vətənpərvərliyi heç bir sual doğurmur. Bu, müasir dünyada xüsusilə vacibdir. Bizim ölkəmiz kimi kiçik və regionda mövcud münaqişələr baxımından müdafiəsiz bir ölkə üçün heç bir xarici qüvvənin təsirinə düşməyəcək prezidentə malik olmaq vacibdir. Biz bunu birbaşa xaricdən idarə olunan Salome Zurabişvilinin (hazırkı dövlət başçısı – red.) nümunəsində görürük”, – o qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45