Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb

Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli icra orqanlarının əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində aparılan monitorinq zamanı ciddi pozuntu faktları aşkar ediblər. Fiziki şəxsə məxsus həyətyanı sahədə satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsi və ətin bakterioloji çirklənməsi şübhəsi müəyyən edilib.

Yoxlama nəticəsində ümumilikdə 171 kq ət və heyvanın daxili orqanları müsadirə olunub. Normativ tələblərə cavab verməyən kustar üsullarla hazırlanmış metal konstruksiyalı kəsim qurğuları da aşkarlanıb.

Müayinələr üçün götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Mənşəyi məlum olmayan ət isə araşdırmalar tamamlanana qədər saxlancda saxlanılır.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, araşdırmalar davam edir.

Açar sözlər: Ağcabədidə ət pozuntusu, AQTA monitorinqi, qida təhlükəsizliyi, saxta kəsim qurğuları, bakterioloji çirklənmə.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45