Sürücü 50 manat yerinə 200 manatlıq radara düşdü – FOTO / VİDEO
Novxanı – Binəqədi yolunda radar səhvi.
Binəqədi-Novxanı yolunda hərəkət sürətini aşan sürücü yazılmış protokolla bağlı sosial şəbəkə hesabında narazılıq bildirib. Ömər Mirzəyev adlı sürücü paylaşımında qeyd edib ki, polis avtomobilindəki radar yoldakı sürətə uyğun tənzimlənməyib: “Binəqədi-Novxanı şossesində sürət həddini aşdığıma görə üzbəüz gələn YPX avtomobilinin üzərindəki E-patrul xüsusi texniki vasitəsi ilə radara düşmüşəm. Məsələ burasındadır ki, bu yolda sürət həddi 80/km saatdır. Mənə 328.3 maddəsi ilə 200 manat 3 bal cərimə yazılıb. Normalda 328.2 maddəsi ilə 50 manat 2 bal cərimə yazılmalı idi. Çünki mən müəyyən olunmuş sürəti 39km/saat həddində aşmışam. Qeyd edim ki, 80 km/saat olan nişandan tam olaraq radara düşdüyüm nöqtəyə qədər heç bir əlavə qadağanedici nişan yoxdur. Ona görə də barəmdə yazılmış bur protokol ləğv edilməlidir”- deyə cərimələnən sürücü bildirib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücü barəsində artıq cərimə yazılıb. Lakin bu xüsusi texniki vasitənin xətası hesab olunur. Bəzən həmin texniki vasitəni yoldakı sürətə uyğun tənzimləmək yaddan çıxdığı üçün belə xətalar baş verir.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi tez bir zamanda məsələni həll edəcək.
(055) 436-46-45