Yevlaxda rüşvət alan rəisə 9 il həbs cəzası verildi
Agah.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Elşən Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Yevlax Qeydiyyat şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəisi Elşən Quliyev rüşvət alarkən cinayət başında yaxalanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 312-1.1-ci (nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb.
Açar sözlər: Yevlax rüşvət əməliyyatı, Elşən Quliyev cinayət işi, korrupsiya, Ədliyyə Nazirliyi, məhkəmə qərarı, Gəncə Ağır Cinayətlər Məhkəməsi.
(055) 436-46-45