Rəşad Sadiqov beş oyunluq cəzalanıb

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov beş oyunluq cəzalanıb.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Mütəxəssis U-17 Liqasında “Sabah”la matçın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyi üçün qırmızı vərəqə alıb.