Bakı metrosunda qatar nasazlıq ehtimalı ilə texniki baxışa göndərilib
Bakı metrosunda “Dərnəgül-Bakmil” istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
Agah.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45