Xankəndi və Ağdərə üzrə 13 ekoloji layihə təqdim olunub

Xankəndi və Ağdərə üzrə 13 ekoloji layihə təqdim olunub
Dostuna göndər xəbərdən agah olsun:

Bu il ərzində Qarabağ və Şərqi Zəngəzurda 273 ekoloji layihə həyata keçirilib, Xankəndi və Ağdərə üzrə isə 13 layihə təqdim olunub.

“Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in Dövlət Ekoloj Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Agentliyin sədri bildirib ki, iki il ərzində təkcə meşə fonduna dəyən ziyanın nəticəsi Qarabağ və Şərqi Zəngəzur üzrə 15 milyon manatdan yuxarıdır:

“İndiyədək layihələrin icrası və qiymətləndirilməsi paralel surətdə həyata keçirildi. Müvafiq qurumların qiymətləndirilməsi düzgün yerinə yetirilmədiyi üçün belə problemlər çıxır. Layihələr bütün dövlət qurumlarla razılaşdırılmalı və sonra icra edilməsinə başlanılmalıdır. Qiymətləndirilmə düzgün edilməyəndə layihə başa çatsa da, illər sonra ekoloji fəsadlar ortaya çıxır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45