İstehlakçıların az miqdarda aldadılması ilə cinayət məsuliyyəti yaradan hal ilk oxunuşda təsdiqlənib

İstehlakçıların az miqdarda aldadılması ilə cinayət məsuliyyəti yaradan hal ilk oxunuşda təsdiqlənib
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda inzibati xətanı nəzərdə tutan “az miqdarda aldadılma”nın məbləği artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin qüvvədə olan 447.0.1-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati məsuliyyəti nəzərdə tutur.

Burada “az miqdarda” dedikdə üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 200-cü maddəsinə görə isə istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma xeyli miqdarda (üç yüz manatdan yuxarı) törədildikdə cinayət məsuliyyətinə səbəb olur.

Təqdim olunan layihədə inzibati xətanı nəzərdə tutan “az miqdarda aldadılmanın” məbləğinin üç yüz manatdan beş min manatadək artırılması təklif olunur və müvafiq olaraq ziyan beş min manatdan yuxarı (xeyli miqdarda) olduqda isə bu əməl cinayət məsuliyyətinə səbəb olacaq.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45