Tovuzda faciə: 2 yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirdi
Agah.az xəbər verir ki, Tovuz rayonunun Düz Cırdaxan kəndində 2 yaşlı azyaşlı faciəvi şəkildə həyatını itirib. Hadisə ötən gün səhər saatlarında baş verib.
Məlumata görə, 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evin pilləkənindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Açar sözlər: Tovuzda azyaşlı faciəsi, pilləkəndən yıxılma, 2 yaşlı uşağın ölümü, Düz Cırdaxan kəndi, rayon prokurorluğu.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45