Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Mahaçqalada tələbə yataqxanasında baş verən yanğın nəticəsində 200-dən çox insan təxliyə edilib.
Bu barədə Rusiya KİV-ləri RF Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
“Mahaçqalada Rəsul Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin yataqxanasında yanğın barədə məlumat daxil olub. Rusiya FHN-in əməkdaşları tərəfindən 220 nəfər təxliyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”, – məlumatda qeyd olunub.
İkinci mərtəbədəki otaqda 20 kvadratmetr sahədə yanğın söndürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45