Füzulidə baş verən yol qəzasında ANAMA əməkdaşları xəsarət alıb
Agah.az xəbər verir ki, dekabrın 9-u səhər saatlarında Füzuli rayonu Horadiz şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Yaralılardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyəti ağır qiymətləndirildiyindən Gəncə Şəhər Xəstəxanasına təxliyə ediliblər. 1995-ci il təvəllüdlü şəxsin isə vəziyyəti orta ağırdır və onun da ixtisaslı yardım üçün təxliyə edilməsi planlaşdırılır.
Hadisə rayonun Qayıdış qəsəbəsi sakinlərinin olduğu BMW markalı avtomobilin idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil yol kənarına yuvarlanıb və içərisində olanlar – 1995-ci il təvəllüdlü Samir Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və 1990-cı il təvəllüdlü Mustafa Qasımov müxtəlif xəsarətlər alıblar.
Qəza zamanı yaralanan şəxslərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilib.
Açar sözlər: Füzuli qəza, ANAMA əməkdaşları, Horadiz yol qəzası, ağır xəsarət, yol-nəqliyyat hadisəsi.
(055) 436-46-45