Sumqayıtda piyadanı maşın vuraraq həyatına son qoydu
Agah.az xəbər verir ki, Sumqayıt şəhərinin Sülh küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı yolu keçmək istəyən 75 yaşlı Kifayət Əli qızı Məmmədovanı “Lada” markalı avtomobil vurub.
Piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Açar sözlər: Sumqayıt yol qəzası, piyada ölümü, Sülh küçəsində hadisə, Lada avtomobil qəzası, Sumqayıt yol-nəqliyyat hadisəsi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45