Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45