Yol verməmək üstündə düşən dava avtobusu rinqə çevirdi

Yol verməmək üstə düşən dava avtobusu qaydasız döyüş meydanına çevirib. İctimai nəqliyyatın qeydiyyat kamerası tərəfindən çəkilən kadrlar böyük müzakirələrə səbəb olub. “Hürriyet”in məlumatına görə, hadisə Türkiyənin Niğde vilayətində baş verib.
Bildirilir ki, dayanacağa çatdıqda avtomobilin sürücüsü A.E. avtobusa minərək sürücü M.E.-ni vurmağa başlayıb. M.E. də yanındakı beysbol ağacı ilə qarşılıq verib. Avtobusun içində başlayan dava bayırda davam edib.
loading…