Gənc nəsillərə təhlükə virusu olan TİK TOK

Dostuna göndər xəbərdən agah olsun:

Ağızının danışığını bilməyən, etika çərçivəsini keçənlər demək olar ki, informasiya məkanımız üçün böyük təhlükəyə çevrilib. Cəmiyyətimiz xüsusən də gənclər üçün bu çox təhlükəlidir.  “Azərbaycan Reallığı” xəbər verir ki, “Tik-Tok”-laşan media, “Tik-Tok” mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır. İnformasiya üzərində hüquq-mühafizə orqanlarının diqqətindən yayınanda ağır nəticələrə səbəb olması qaçınılmazdır. Ekspertlərin fikrincə, əsas problem “Tik-Tok” mediasının qarşısının alınmamasıdır: “Ona görə də meydan onlarındır. Meydan Tik-Toklaşan mediaya verilir, onlar da nə istəyirlərsə, onu da edirlər. Amma ciddi və təsirli kütləvi informasiya vasitələri inkişaf edə bilmir. Bu mənada onlara qarşı mübarizə üçün hansısa şərait yoxdur”. Ölkəmizdə xaricdən yayımlanan kanalların baxışı yerli kanallardan qat-qat yüksəkdir: “Səbəb daxili kanalların sırf məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərməsidir. Nəticədə “Tik-Tok mediası” auditoriyanı toplayıb, nə istəyirsə yayımlayır.  Reallıq budur. Ciddi tədbirlər görülməli, daxili medianı inkişaf etdirmək lazımdır. Böyük ümidlərlə gözləyirik ki, nələrsə dəyişəcək. Bütövlükdə cəmiyyətin “Tik-Tok”a marağı varsa, deməli həmin toplumda azadlıqlar, iqtisadi həyat, insanların özünü təsdiqləməsinə dair problemlər mövcuddur: Medianın bir neçə növü var. Cəmiyyətin maraqlarını nəzərə alan mediadan söhbət gedirsə, burada peşəkarlıq önəmlidir. İnsanlar bunun fərqində olmasalar belə, peşəkar media həyatda onların əlindən tutur, faydalı olur, bilgiləndirir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45