Naxçıvanda qarölçmə işlərinə başlanılıb

Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvanda qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə qarölçmə işlərinə başlanılıb.

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.

Aparılan ölçmələrin ilkin nəticələrinə görə, qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisisayılan Parağaçay istiqamətində 3000 m yüksəklikdə 11 sm, 2300 m yüksəklikdə 7 sm, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 sm qeydə alınıb.

Mütəxəssisələr tərəfindən digər marşrutlar üzrə də qarölçmə işləri davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45